04 
Mar
2021
08:06
827

Gürcüstanda hərbi qulluqçu intihar etdi


"4-cü Mexanik Briqadanın hərbi xidmətçisi silahı ilə özünə atəş açıb. O xəstəxanaya aparılsada həyatını xilas etmək mümkün olmadı".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, hərbi qulluqçu növbə zamanı intihar məqsədi ilə 4-cü Mexanikləşdirilmiş Briqadanın ərazisində öz avtomatik odlu silahı ilə özünə atəş edib.

"Cari ilin 3 mart tarixində, 4-cü Mexanikləşdirilmiş Briqadanın ərazisində müqaviləli hərbi qulluqçu, birinci dərəcəli G.C. xidməti vəzifəsini yerinə yetirərkən özünü avtomatik odlu silahla vuraraq intihar edib. Əsgər dərhal xəstəxanaya aparılıb lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Müdafiə Nazirliyinin Hərbi Polisi tərəfindən Cinayət Məcəlləsinin intiharı nəzərdə tutan 115-ci maddəsi ilə araşdırılır. İstintaqın ilkin məlumatına görə, hadisənin ailə problemləri ilə əlaqəli olduğu ehtimal olunur.

Müdafiə Nazirliyi bu faciəli hadisə ilə əlaqədar mərhumun ailəsinə başsağlığı verir", - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın