Bu il Xiaomi-nin bir neçə qatlana bilən telefon modelini təqdim edəcəyi məlumdur və şirkət artıq model üçün ad da seçib.
InterPress.ge xəbər verir ki, yalnız Xiaomi deyil, OPPO, Vivo şirkətləri də dörd fərqli qatlanabilən telefon istehsal edəcəklər.
Ross Young şirkətinin ehtimallarına görə, Xiaomi-nin ilk qatlanabilən telefonu Xiaomi Mi Mix 4 Pro Max adlanacaq. Bu ad çoxlarına qəribə görünsə də, yaxın vaxtlarda təsdiqlənəcəyi gözlənilir. Sözügedən modelin Samsung Galaxy Z Fold 2-yə bənzəyəcəyi söylənir.
Həmçinin qeyd olunur ki, ilk qatlana bilən Xiaomi smartfonunun qiyməti rəqiblərindən daha ucuzdur və 1000 dollardan aşağıdır.
