InterPress.ge xəbər verir ki, xidmət istifadəçilərə portret istiqamətində qısa videolar çəkmək imkanı təqdim edəcək.
Bu xidmət məşhur TikTok tətbiqinə bənzər bir funksiyaya malikdir. Proqramçılar YouTube Shorts-un birbaşa TikTok-un rəqibinə çevriləcəyini bildirirlər.
Hazırda tətbiqdən yalnız Hindistan və ABŞ vətəndaşları istifadə edə bilər.
Gələcəkdə xidmətin daha çox üstünlükləri olacaq. Platforma hələ də beta sınaq mərhələsindədir. Lakin YouTube Shorts-un köməyi ilə qeydə alınan videolar artıq 3,5 milyard baxış toplayır. Bundan əlavə, Google öz pul qazanma sistemi sayəsində TikTok auditoriyasının əhəmiyyətli bir hissəsini cəlb etməyi ümid edir.
