03 
Mar
2021
20:33
1531

WhatsApp-a yeni funksiya gəlir

WhatsApp sosial şəbəkəsi gizlilik şərtlərindən sonra istifadəçilərdəki aqressiyanı aradan qaldırmaq üçün çalışır.

InterPress.ge xəbər verir ki, bu haqda WABetaInfo məlumat yayır.

Verilən məlumata görə, platforma özü özünü silən şəkilləri sınanmağa başlayır.

WhatsApp hər hansı qrupda və ya fərdi söhbətdə foto paylaşmaq istəyənlər üçün əlavə seçimlər hazırlayır. Bunlarla yanaşı, istifadəçilər digər şəxsin paylaşacağı şəkli WhatsApp-dan ixrac edə bilməyəcəklər.

Qeyd edək ki, platforma hələ ötən ilin Noyabrında özünü silən mesajlar xüsusiyyətini rəsmi yayımlayıb. Lakin bu, fotolara şamil edilmirdi. Hazırda şirkət foto və videolara da eyni funksiyanın verilməsi üçün səy göstərir. Yeniliyin nə vaxt tətbiq ediləcəyi isə hələlik məlum deyil.

Bizimlə əlaqə saxlayın