03 
Mar
2021
17:57
1546

Almaniyaya işləməyə getmək istəyənlərin nəzərinə:Səhiyyə Nazirliyi məlumat yayır

"Leqal iş proqramı çərçivəsində Almaniyaya gedəcək olan və sosial aztəminatlı statusa malik olan Gürcüstan vətəndaşları statusdan məhrum olmayacaqlar".

InterPress.ge xəbər verir ki,bu barədə Səhiyyə Nazirliyi məlumat verib.

Nazirlikdən verilən məlumata görə, Almaniyada qanuni məşğulluq proqramında yararlanan vətəndaşların nə statusu dayandırılmayacaq nə də sosial yardım balları yoxlanmayacaq.

“ Bildirmək istəyirik ki, Gürcüstan vətəndaşları aprelin 1-dən etibarən Almaniyada qanuni işləyə biləcəklər. Qeydiyyat artıq başlayıb və 95 minə qədər vətəndaş xüsusi qeydiyyat portalında qeydiyyatdan keçib. Almaniyada işə qəbul olmaq üçün müraciət edənlər bir neçə tələbi yerinə yetirməlidirlər. Xüsusilə:
Vətəndaş 18- 60 yaş arası, əkinçilik sahəsində təcrübəsi, deportasiyası olmayan və Almaniyaya getmədən üç ay əvvəl Şengen bölgəsini səfər tarixçəsi olmalıdır, ünsiyyət səviyyəsində Alman və ya İngilis dilini bilmək arzuolunandır.

Almaniyada əkinçilik sektorunda mövsümi iş üçün maksimum məşğulluq müddəti üç aydır.Həftədə iş müddəti beş - altı gün, gündə səkkiz-on saatdır. Minimum əmək haqqı saatda 9,5 avro olacaq. İşçi mənzil və yemək xərclərini özü ödəməlidir. İşəgötürən yalnız vətəndaşın tibbi sığortasını təmin edəcək ” məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər