22 
Mar
2020
19:23
844

Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini, Paata İmnadze əhaliyə müraciət edir

"Evdə qalın, hazırda bu, hər bir vətəndaşın atacağı ən mühüm addımdır".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini, Paata İmnadze bildirib.

Onun sözlərinə əsasən, qaydalar daha da sərtləşdiriləcək.

“Rekomendasiya hər kəs üçün eyni qalır. Bu ilk növbədə sosial uzaqlaşmadır. Hazırda bu hər birimizin maksimal şəkildə əməl edəcəyi əsas tövsiyyədir. Evdə qalın – bu, hər bir vətəndaşın bu gün atması gərəkən vacib addımdır. Hazırda bu xəstəliklə əsas mübarizə sosial uzaqlaşmadır. Əlbətdə ki, hər birimiz sosial uzaqlaşmanın qaydalarına öyrəşəcəyik. İnsanların bir gündə buna öyrəşməsi olduqca çətindir. Eyni zamanda, ikinci tərəfdən onu da nəzərə almalısınız ki, əhalinin heç bir qrupunu stiqmatizasiya qurbanına çevirməməliyik. Sosial uzaqlaşma qaydalarına hər kəs,o cümlədən siz də əməl etməlisiniz. Qaydalar daha da sərtləşdiriləcək. Qaydaları pozanlar cərimələnəcəklər”, - deyə Paata İmnadze bildirib.

Bizimlə əlaqə saxlayın