03 
Mar
2021
15:24
424

" Seçki Məcəlləsi" də dəyişikliklər gözlənilir

“ Seçki Məcəlləsi”də planlaşdırılan dəyişikliklər layihəsinin son variantına görə, bələdiyyə məclislərində proporsional qayda ilə seçilmiş üzvlərin sayı artacaq. Bununla bərabər seçki baryeri yerli özünüidarəetmə seçkiləri üçün bölgələrdə 4% dən 3% ə endiriləcək, Tbilisidə isə 2.5% li baryer qüvvədə olacaq.

InterPress.ge xəbər verir ki, layihəyə nəzərən özünüidarəçi şəhərlərdə 1 majoritar üzvə proporsional qayda ilə seçilmiş 4 üzv, digər bələdiyyələrdə isə hər 1 majoritar üzvə proporsional qayda ilə seçilmiş 2 üzv olacaq.

Bununla bərabər dəyişikliklərə əsasən Tbilisinin Bələdiyyə Məclisinin tərkibi 50 üzvdən ibarət olacaq ki, bunlardan 10 üzv yerli birmandatlı majoritar seçki dairələri ərazilərindən seçiləcək, qalan 40 üzv isə proporsional qayda ilə Tbilisi bələdiyyəsinin bütün ərazilərindən olacaq.

Tbilisi Bələdiyyə Məclisində proporsional sistemlə mandatlar yalnız ən az 2.5% toplayan seçki subyektləri ilə əvəzlənəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər