03 
Mar
2021
14:54
387

Pəhriz zamanı çörəkdən imtina düzgündür?

Pəhriz saxlayarkən və ya sağlam qidalanma zamanı çörək yeməmək doğru vərdiş deyil.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanlı dietoloq Nərgiz Nəzirova danışıb.

Pəhriz saxlamaqla arıqlamaq istəyənlər sağlam, balanslı və nizamlı bəslənmə planı tətbiq etməlidir.

Sağlam və nizamlı bəslənmənin ən əhəmiyyətli qaydalarından biri də hər qida qrupundan müəyyən miqdarda istifadə edilməsidir.

Ekspert bildirib ki, arıqlamaq istəyənlər karbohidrat qrupunu: şokolad, tort, şəkər və südlü şirinləri rasionlarından tamamilə çıxardıqları üçün bədənin, xüsusilə də beynin enerji ehtiyacını çörək qrupuyla təmin etməlidirlər:

“Bu şəkildə qanda şəkərin səviyyəsinin balanslı dəyişməsi təmin edilir və şiddətli aclıq duyğusu yaşanmır. Həmçinin sinir sistemi üçün lazımi vitaminlər çörəklə alınmış olur”.

(saglamolun.az)

Bizimlə əlaqə saxlayın