Marneulinin Kürtlər kəndində iki gənc arasında mübahisə ölümlə nəticələnib.
InterPress.ge xəbər verir ki, mübahisə zamanı H. İsmayılov tərəfindən İ. Mustafayev ayağından bıçaqlanıb. Belə ki, o xəstəxanaya çatdırılsada, qanaxmadan həyatını itirib.
Hadisəni törədən H. İsmayılov Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin ikinci bəndinə əsasən ölümlə nəticələnən sağlamlığa qəsdən ağır zərər vurması ilə əlaqədar istintaq davam edir.
Cinayəti törədən şəxsi 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını gözləyir.
.jpg)