“ Vahid Milli Hərəkat” ofisinə ziyan vurma faktı ilə 4-cü şəxsi həbs etdilər
“Hüquqmühafizəçilər Qoridə “ Vahid Milli Hərəkat” ofisinə ziyan vurma faktı ilə 4-cü şəxsi həbs ediblər”.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilir.
Saxlanılan şəxs başqasının əşyasına ziyan vurma ilə ittiham edilir və cinayət 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
“Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Qori rayon bölməsinin əməkdaşları keçirilən operativ istintaq və axtarış tədbirləri çərçivəsində Qoridə “ Vahid Milli Hərəkat” partiyasının ofisinə ziyan vurma faktı ilə daha 1 nəfər 1994-cü il doğumlu T.M həbs edilib. O, başqasının əşyasına ziyan vurma ilə ittiham olunur.
İstintaqla təsdiq olundu ki, müttəhim daha 3 şəxslə bərabər Qoridə siyasi partiya “ Vahid Milli Hərəkat”ın ofisinin şüşələrini qırıblar.
Sözügedən faktla bağlı hüquqmühafizəçilər 1994-cü il doğumlu Q.K.,1996-cı il təvəllüdlü Q.B. və 1996-cı il doğumlu T.A. istintaq tədbirləri nəticəsində isti izlərlə həbs edilib.
İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi ilə aparılır”- məlumatda bildirilir.
Qeyd edək ki, dünən Qoridə “ Vahid Milli Hərəkat” partiyasının ofisinə hücum edilib.


