Səhiyyə nazirinin müavini Gürcüstana gətiriləcək peyvəndlə bağlı açıqlama verdi
"Kovacs Platforması" tərəfindən Gürcüstana göndəriləcək "Astrazeneca" peyvəndinin miqdarı azalmayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabunia deyib.
"3 Fevralda yayımlanan məlumatlara görə, Gürcüstan üçün 184,800 doza" Astrazeneca" peyvəndi nəzərdə tutulmuşu, hansı ki, ölkənin 2021-ci ilin 1-ci və 2-ci rüblərində (fevral-iyul) mərhələlərlə alması lazım idi. Bu dövrdə 29.250 doza "Pfizer" qəbul etməli idik. Yeni sənədə görə, 129,600 doza "Astrazeneca" may ayının sonuna qədər gətiriləcək. İyun ayının sonuna qədər veriləcək dozaların ilkin miqdarı (ən azı 184,800) azaldılmamışdır, bu mərhələdə ölkənin mayın sonuna qədər qəbul edəcəyi dozaların sayı dəqiqləşdirildi. Əlavə olaraq İyun ayı üçün olan miqdar dəqiqləşdiriləcək. "Pfizer" peyvəndinə gəldikdə, doz dəyişməyib", - dedi Qabunia.


