03 
Mar
2021
11:26
520

Gürcüstanın turizm sektoru hökumətdən rus peyvəndini ölkəyə daxil olunmasını tələb edir

“Maksimal dərəcədə real vaxt çərçivəsində ölkəyə çin və ya rus peyvəndinin 100 000 dozanın dövlət maliyyə dəstəyi/ iştirakı olmadan ölkəyə gətirilməsi üçün öncədən aparılan danışıqlar nəticəsində biz və özəl tibb şirkətləri hazırıq. Bunun üçün isə bizə yalnız icazə lazımdır”.

InterPress.ge xəbər verir ki, bu barədə açıqlamanı bm.ge mediaplatforması yayır.

Belə ki, turizm sektorunun nümayəndələri hökumətə müraciət edərək Gürcüstana yalnız Rus və ya Çin peyvəndinin gətirilməsini tələb ediblər.

Turizm sektorunun nümayəndələri bu təşəbbüsü müflisləşməyə doğru gedən turizm sahəsini xilas etmək üçün irəli sürdüklərini qeyd edirlər. ”Beynəlxalq Şəffaflıq- Gürcüstan” yazırdı ki, xaricdən qəbul edilən gəlirdən dolayı Gürcüstan turizm sahəsi ilə Rusiyadan həqiqətən də asılıdır. 2019-cu ildə rus turistlər Gürcüstanda təxminən 700 milyon dollar xərcləyiblər lakin, Gürcüstanın Milli Turizm Agentliyinin 2019-cu il hesabatına görə isə Rusiya vətəndaşları Avropa, Amerika və Asiya ölkələrinin beynəlxalq səfər edənlərinə nisbətən Gürcüstanda daha az xərcləyirlər.

Səfərdə olarkən orta xərcin ən yüksək göstəricisi ABŞ-ın üzərinə düşür-3813 lari, daha sonra Səudiyyə Ərəbistanı- 3632 lari, Birləşmiş Ərəb Əmirlikləri ( BƏƏ)- 2438 lari, Çex Respublikası- 2142 lari, Fransa- 2101 lari, Rusiya Federasiyası vətəndaşlarının orta xərcləri isə 1282 lari təşkil edir.

Turist axınından başqa tur operatorlarının böyük hissəsi məhz rus şirkətlərini seçirlər.

Bizimlə əlaqə saxlayın