Qoridə “Birləşmiş Milli Hərəkat”ın ofisinə dəyən ziyan faktı ilə bağlı daha bir şəxs - 1996-cı il təvəllüdlü T.A. saxlanılıb.
InterPress.ge xəbər verir ki, o başqasının əmlakına ziyan vurmaqda günahlandırılır.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayətdə 3 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Məlumata görə, istintaq zamanı təqsirləndirilən şəxsin həmkarları ilə birlikdə Qoridə “Birləşmiş Milli Hərəkat” siyasi partiyasının ofisinin şüşələrinə zərər verdikləri müəyyənləşdirilib.
“Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır”, - deyə idarədən bildirilib.
.jpg)