03 
Mar
2021
10:19
517

ÜST: Ötən həftə ərzində koronavirusa yoluxma sayı 7% artıb

“Ötən həftə ərzində dünyada koronavirusun 2.6 milyon halı qeydə alınıb ki, bu da ötən həftə ilə müqayisədə 7% çoxdur”.

InterPress.ge xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı həftəlik nəzarətə dayanaraq məlumat verib.

Təşkilatın məlumatına görə, koronavirus halları Şərqi Aralıq Dənizi ərazilərində ( 14%), Cənub-Şərqi Asiyada ( 9%), Avropada (9%) və Amerikada (6%) artıb.

ÜST-nın açıqlamasına görə, yoluxma hallarının ən çox artdığı növbəti 5 ölkə bunlardır: ABŞ (472 904 yeni hal), Braziliyada (373 954 yeni hal), Fransada ( 149 959 yeni hal), İtaliyada ( 112 029 yeni hal) və Hindistanda ( 105 080 yeni hal).

Ölüm hallarına gəlincə, keçən həftə ərzində dünyada koronavirusdan 63 000-dək xəstə həyatını itirib ki, bu da keçən həftə ilə müqayisədə 6% azdır.

Bizimlə əlaqə saxlayın