03 
Mar
2021
10:05
360

Başqasının əmlakını zərər verən iki nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Qori Bölgə Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində başqasının əmlakına ziyan vurma faktı ilə əlaqədar iki nəfəri: 1994-cü il təvəllüdlü Q.K. və 1996-cı il təvəllüdlü Q.B.-nı saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirildiyinə görə, hüquq-mühafizə orqanları Q.K. Və Q.B.-nı hadisədən bir müddət sonra isti təqib nəticəsində saxlayıb.

“İstintaqda təqsirləndirilən şəxslərin Qoridəki “Birləşmiş Milli Hərəkat”ın ofisinin şüşələrinə ziyan vurduğu məlum oldu. Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır. Cinayət 3 ilə qədər həbs cəzası nəzərdə tutur", - deyilir məlumatda.

Məlumat üçün bildirək ki, dünən "Milli Hərəkat" ın Qoridəki ofisi hücuma məruz qalıb.

Bizimlə əlaqə saxlayın