İşğalçı rejim tərəfindən əsir götürülən vətəndaş sərbəst buraxıldı
Qori bələdiyyəsinin Berşueti kəndinin yaxınlığında işğal ərazisində işğal rejiminin nümayəndələri tərəfindən 3 gün öncə əsir götürülən Zerti kəndi sakini Malxaz Doluaşvili Qori bələdiyyəsinin Erqneti kəndi yaxınlığında azad olunub.
InterPress.ge xəbər verir ki, işğalçılar onu Erqneti nəzarət-buraxılış məntəqəsində olan hüquqmühafizə orqanlarına təhvil veriblər. De fakto rejimi Malxaz Doluaşvilini cərimə ödənişi əsasında sərbəst buraxıb.
60 yaşlı kişi əsir götürüldüyü işğal xətti ilə həmsərhəd olan Berşueti kəndi yaxınlığında ov etdiyini bildirib.
“Berşueti yaxınlığında ovda idim. İtim qaçdı. İşğal olunmuş ərazidə olduğunun fərqinə vardım və rus sərhədçiləri tərəfindən əsir götürüldüm. Əvvəlcə məni Ğroma rus bazasına apardılar, təxminən dörd saat sonra Çxinvalidə müvəqqəti saxlama təcridxanasına köçürüldüm. Orada heç bir Gürcüstan vətəndaşı görmədim, təcridxanada tək idim. Məhkəmə bu gün baş tutdu,ailəm cəriməni ödədi və mən sərbəst buraxıldım"- Malxaz Doluaşvili.
Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, qanunsuz saxlanılma ilə əlaqədar dərhal qaynar xətt aktivləşdirildi. Hadisə ilə bağlı Avropa İttifaqının müşahidəçi misiyasına, Cenevrə Beynəlxalq Disskusiyalar həmsədrinə və tərəfdaş ölkələrimizə məlumat verilib. Bütün müvafiq mexanizmlər işə salınıb.


