02 
Mar
2021
19:50
606

Salome Zurabişvili dünən baş tutan görüşə münasibət bildirdi

"Dünən edilən açıqlamanın miqyasını,göstərilən dəstəyin səviyyəsini, bizdən məsuliyyət tələb olunduğunu həqiqətənmi başa düşmürük?!".

InterPress.ge xəbər verir ki, bu sözləri Gürcüstan prezidenti Salomi Zurabişvili dünən AB prezidentinin iştirakı ilə hökumət və müxalifət nümayəndələrinin görüşü ilə əlaqədar fikirlərini bildirərkən deyib.

"Dünən AB prezidentinin Şarl Mişelin təşəbbüsü və iştirakı ilə hökümət və müxalifət nümayəndələrinin görüşü Orbeliani iqamətgahında axşam saatlarında baş tutmuşdu. Fəal iştirakına görə AB prezidentinə təşəkkür edirəm.Baş nazir və müxalifət nümayəndələrinin konstruktiv iştirakını alqışlayıram. Ancaq dünən Orbeliani iqamətgahında baş verənlər yaxşı düşünülməyib. AB ən yüksək siyasi fiqurlu bir ölkənin böhran vəziyyətilə və onun yumşaldılması prosesi ilə yaxından maraqlanmağıilə bizə Avropanın yalnız bu bölgədən,ölkədən uzaq durmadığını, əksinə Gürcüstanın demokratiyası, sabitliyi və inkişafı ilə yaxından maraqlandığını və Gürcüstanın Avropa üçün önəmli olduğunu göstərdi. Dünən edilən açıqlamanın miqyasını,göstərilən dəstəyin səviyyəsini, bizdən məsuliyyət tələb olunduğunu həqiqətənmi başa düşmürük? Onlar bizdən daha çox məsuliyyət, daha çox konstruktivlik, daha çox dövlət yanaşması və həqiqi vətənpərvərlik gözləyirlər" - dedi Salome Zurabişvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər