Bu şəxslər Almaniyada 3 aylıq oturma vaxtını pozduqları təqdirdə...
“Sosial aztəminatlı vətəndaşlar Almaniyada 3 aylıq oturma vaxtını pozduqları təqdirdə onların sosial yardımları dayandırılacaq həm də Almaniyadan deportasiya olunacaqlar”.
InterPress.ge xəbər verir ki, bu barədə Sosial Xidmət Agentliyindən məlumat verilib.
Belə ki, Gürcüstandan Almaniyaya müvəqqəti işləməyə getmək istəyənlərin sayı günü gündən artmaqda davam edir.
Agentlikdən verilən məlumata görə, 3 aydan çox ölkə xaricində qalan sosial aztəminatlı vətəndaş sosial yardımdan məhrum olacaq, ancaq yoxlanma prosesinədək onun ailə üzvləri bu yardımdan yararlana biləcəklər. Pandemiyadan irəli gələrək reytinq balının yoxlanması üçün moratorium elan edilib. Moratorium sona çatdıqdan sonra ailənin yoxlanmasına başlanacaq. Verilən vaxt sona çatdıqda ölkəyə qayıdan vətəndaşlar isə sosial yardımı almağa davam edəcəklər.
“Qanuna əsasən ailə üzvü 3 aydan çox müddətdə ölkə xaricində yaşadığı təqdirdə ailə üzvü agentliyə məlumat verməlidir. Məlumat əsasında 2010 cu il 20 may tarixli №141N əmri ilə təsdiq edilmiş qaydaya uyğun olaraq ailənin sosial-iqtisadi vəziyyəti yoxlanmalıdır. Ailənin səlahiyyətli üzvünün imzası ilə təsdiq edilmiş məlumat əsasında “ailə bəyannaməsi” doldurulmalıdır”- məlumatda qeyd edilir.
Qeyd edək ki,Almaniyada müvəqqəti işləməyə getmək üçün aplikasiya formasını doldurmaq 15 fevral tarixində başlayıb. Yalnız 2 həftə ərzində xüsusi portalda qeydiyyatdan 94 mindən çox vətəndaş keçib.


