02 
Mar
2021
14:39
882

Uşaq çox su içir, ağzından qoxu gəlirsə... - Diabetdən şübhələnin

Şəkərli diabet dünyada uşaqlar arasında yayılan xroniki xəstəliklər içində ikinci yerdədir.

InterPress.ge xəbər verir ki, şəkərli diabet xəstəsi olan uşaqların müalicəsində əsas hədəf onun normal inkişafını təmin etmək, istənilən kollektivə uyğunlaşmasına yardım etmək, özünü yaşıdlarından geridə hiss etdirməməkdir.

Uşaqlarda diabetin əsas simptomları:

- Çox su içmək, tez-tez susama

- Sidiyə tez-tez getmək

- Gecələr yerini islatmaq (əvvəl belə hal qeydə alınmayıbsa)

- Həddən artıq sürətlə arıqlama - xüsusən bədənin cılızlaşması, kəllənin böyük görünməsi

- Əzginlik, yorğunluq, oynamağa, gəzməyə həvəsin olmaması

- Daimi aclıq - doymamaq

- Görmədə zəiflik

- Göbələk infeksiyaları - ürəkbulanma, diareya, qarında ağrı,

- Ağızdan aseton qoxusu, sanki kimyəvi maddə iyinin gəlməsi

Əgər bu hallara diqqət yetirilməsə və valideyn şəkərdən şübhələnməsə, diabetik ketoasidoz inkişaf edə bilər ki, bu da xəstənin huşunun itməsinə və yardım göstərilməzsə, ölümünə səbəb olur. Təəssüf ki, azyaşlı uşaqlar əksər hallarda elə diabetik ketoasidoz səbəbindən reanimasiyaya yerləşdirilir.

Valideyn uşaqda olan simptomlara görə qan analizi verməli, qanda və sidikdə şəkəri yoxlatmalıdır.

Uşaqlarda diabet ağır xəstəlikdir, amma faciə deyil. Onun ağırlaşmasının qarşısını alıb, uşağa belə hiss etdirmədən, normal həyat tərzi sürmək olar.

Uşaqlarda diabetin səbəbi:

- İmmun pozğunluğu. İmmun sistem qalxanabənzər vəzinin beta hüceyrələrinə hücum edib, onları məhv edir. Yəni lazımlı hüceyrəni tanımır.

- Həmçinin genetik ötürülmə də yüksək faiz təşkil edir.

- Bəzən ağır formalı infeksion xəstəliklərdən sonra da diabet yarana bilər.

(saglamolun.az)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər