02 
Mar
2021
14:24
529

Seulda “ Gürcüstan şərabçılığın beşiyi” adlı sərgi keçiriləcək

Cənubi Koreyanın paytaxtı Seulda 3mart-1 aprel tarixlərində Koreya fondunun qalereyasında “ Gürcüstan şərabçılığın beşiyi” adlı sərgi baş tutacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Şərab Agentliyindən məlumat verilib.

Agentliyin məlumatına görə, sərgidə Gürcüstanın milli muzeyində saxlanılan unikal eksponatların foto materialları, Gürcüstan ərazisində arxeoloji qazıntılar zamanı aşkar edilmiş şərab qablarının, zirzəmilərin, küplərin və gürcü memarlıq abidələrinin eləcə də, milli muzeyin unikal foto arxivi yer alacaq. Sərgi vasitəsilə izləyicilər şərab hazırlamağın 8000 illik ənənəsi ilə tanış olacaqlar.

Qeyd edək ki, gürcü şərabının tarixi və mədəniyyətinə həsr olunan tədbir Gürcüstanın Koreya Respublikasındakı səfirliyinin, Koreya fondunun təşkilatçılığı, Milli Şərab Agentliyinin və Gürcüstanın Milli Muzeyinin dəstəyi ilə həyata keçirilir.

Bizimlə əlaqə saxlayın