02 
Mar
2021
13:18
356

Amiran Qamğrelidze: "Bu gün Xəstəliklərə Nəzarət Mərkəzi “ Covax” platformasına 575 000 dollar köçürdü"

“Əmin olun ki, bu platformadan peyvəndin ilkin mərhələsi bu ay Gürcüstana daxil olacaq”.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze Qurumlararası Koordinasiya Şurasının iclasından sonra baş tutan brifinqdə açıqlama verib.

Onun qeyd etdiyinə görə, koronavirusa qarşı peyvənd üçün məbləğ “Covax” platformasına bu gün köçürüldü.

“Bu gün Xəstəliklərə Nəzarət Mərkəzi “ Covax” platformasına 575 000 dollar köçürdü. Qeyd edim ki mərkəzimiz alışları BMT-nin uşaqlar fondunun vasitəsilə icra edir. Əmin olun ki, bu platformadan peyvəndin ilkin mərhələsi bu ay Gürcüstana daxil olacaq.Gürcüstan peyvəndlənmə prosesini böyük ehtimalla “ Astrazeneca” peyvəndi ilə başlayacaq”- Amiran Qamğrelidze.

Qamğrelidzenin bildirdiyinə görə, Covax platforması “ Astrazeneca”dan başqa yeni Amerika istehsalı vaksin də təklif edir. "Pfizer”ə gəlincə, isə əmin olun ki, bu peyvənd tezliklə ölkəmizdə olacaq.

“Novaks” təxminən 2 ay sonra “ Covax”da olacaq.Bu yeni innovativ peyvənddir ki, Gürcüstan qəbul edəcək və biz bu peyvəndin istehsalçıları ilə əlavə dozalar almaq üçün danışıqlar aparırıq. “Pfizer”lə telefon danışığımız baş tutmalıdır. Əminəm ki, “ Covax”ın söz verdiyi 29 250 dozanı Gürcüstan tezliklə qəbul edəcək”- Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın