02 
Mar
2021
12:40
331

Kordinasiya Şurasının iclası keçirildi - İclas haqda açıqlama

“Koordinasiya Şurasının bugünkü iclasında aşılama prosesinin gedişi müzakirə edildi”.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Onun sözlərinə görə, “Pfizer”in qoyduğu şərtləri dəqiqləşdirmək üçün telefonla məsləhətləşmələr aparılacaq.

Eyni zamanda, Qabunianın dediyinə görə, "Pfizer" lə telefon görüşməsi zamanı paylaşılacaq əlavə şərtin yerinə yetiriləcəyini və Gürcüstanın qısa müddətdə vəd edilmiş peyvəndi alacağına dair gözləntilərinin olduğunu söyləyib.

“Koordinasiya Şurasının bugünkü iclasında peyvəndləmə prosesinin gedişatı müzakirə edildi. Xüsusilə "Astrazeneca" ilə əlaqəli olaraq yaxın gələcəkdə nə gözləyidiyimizlə bağlı. Məbləğ ödənilib və çatdırılma yaxın vaxtlarda başa çatacaq. Çatdırılmanın dəqiq tarixini bildirəcəklər.

“Pfizer” tərəfindən qoyulmuş şərtləri dəqiqləşdirmək üçün, yenidən “Pfizer” ilə məsləhətləşmə üçün telefon danışıqları aparılmalıdır. Əlbəttə ki, bu mərhələdə” Kovacs” və “Pfizer” ilə əməkdaşlığımız davam edir. Gecikmənin tezliklə aradan qaldırılacağını və “Pfizer”in telefon danışığı zamanı bizimlə bölüşəcəyi əlavə şərtin yerinə yetiriləcəyini və tezliklə vəd etdiyimiz peyvəndimizi alacağımızı gözləyirik", - dedi Qabunia.

Bizimlə əlaqə saxlayın