02 
Mar
2021
11:14
361

ÜST : Pandemiyanın ilin sonunadək sona çatması fikri erkən və qeyri-realdır

“Baxmayaraq ki, “ lokdaunlar” və peyvənd proqramlarının vasitəsilə covid-19-un yayılması bəzi ölkələrdə azalıb pandemiyanın ilin sonunadək sona çatması fikri erkən və qeyri-realdır”.

InterPress.ge xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə proqramların icraçı direktoru Maykl Rayan açıqlama verib.

“Əgər peyvəndlər təsir edərsə yalnız ölüm və hospitalizasiya göstəricilərinə deyil həm də, yayılma dinamikası və risklərə də əhəmiyyətli dərəcədə təsir göstərəcək.İnanıram ki, pandemiyaya nəzarəti tezləşdirəcəyik”- ÜST nümayəndəsi.

Bununla bərabər təşkilatın bildirdiyinə görə, son 2 ay ərzində ilk dəfə keçən həftə ərzində, özəlliklə ÜST-ün 6 bölgəsindən 4-də : Amerikada, Avropada, Cənub-Şərqi Asiyada və Şərqi Aralıq Dənizində koronavirus hallarının qlobal sayı artıb.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreusun sözlərinə görə, bu məyus edici olsa da təəccüblü deyil.

Yayılma artımının səbəbini daha yaxşı anlamaq üçün çalışırıq. Bunun səbəbi, xalq sağlamlığı tədbirlərinin yüngülləşməsi, virusun müxtəlif variantlarının yayılması və insan sağlamlığı tədbirlərinə lazımi qaydada əməl edilməməsi ilə əlaqədardır" – ÜST rəhbəri.

Onun sözlərinə görə, peyvəndlər insanları koronavirusdan xilas etməyə kömək edəcək, bununla belə ölkələr yalnız peyvəndlərə güvənərsə səhv edərlər. Əsas xalq sağlamlığı tədbirlərinə sadiq qalmaqdır.

Bizimlə əlaqə saxlayın