02 
Mar
2021
10:26
883

Parlament ərazisində baş tutan aksiyada qarşıdurma baş verdi

Parlament ərazisində Çitadze küçəsində aksiya iştirakçıları və hüquqmühafizəçilər arasında qarşıdurma yaranıb.

Interpress.ge xəbər verir ki, aksiya iştirakçıları yolu bağlamağa cəhd etsələr də patrul polis heyəti cəhdin qarşısını alıb.

Patrul polis nümayəndəsi Qoqa Memanişvili aksiya iştirakçılarına müraciət edərək bildirib ki, etirazlarını yolun əsas hissəsini bağlamadan da bildirə bilərlər. Polisin müraciətindən sonra vəziyyət daha da gərginləşib. Polis hadisə yerindən 7 fəalçını çıxarıb.

Mövcud məlumata görə, saxlanılanlardan biri Beso Qazdelianidir.

Aksiya ərazisində vəziyyət gərginləşməyə davam edir.

Qeyd edək ki, parlamentin girişində müxalifət partiyalarına dəstək aksiyası səhər saatlarından başlayıb.

Bizimlə əlaqə saxlayın