02 
Mar
2021
07:43
1672

Qardabanidə baş verən partlayışın təfərrüatları məlum oldu

Qardabanidə baş verən partlayışın təfərrüatları məlum olub.

InterPress.ge-nin məlumatına görə, iki azyaşlı qardaş atalarının işlədiyi fermadan nənəsinin evinə gedirmiş.

Yolda düzbucaqlı bir əşya tapıblar və onu yoldan kənarda olan bir sahədə sökməyə başlayıblar.

Cihazın sökülməsi zamanı partlayış baş verib və azyaşlılar yaralanıb.

Yerli sakinlər bir neçə gün əvvəl yoldan hərbi konvoyun keçdiyini və cihazın onların üzərindən düşə biləcəyini söyləyiblər.

Yaralı azyaşlılar Qardabani "Geohospital" klinikasına yerləşdirilib. Onlardan biri həyati təhlükəsi olduğundan xilas ola bilməyib, digəri isə xəsarətlərinin az olduğundan artıq klinikadan çıxarılıb.

Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin partlayışı nəzərdə tutan 229-cu maddəsi istintaq başladıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər