02 
Mar
2021
00:19
972

İrakli Ğaribaşvili görüşdən sonra açıqlama verdi

"AB prezidentinin müraciəti, tövsiyyəsi və təklifi mümkün qədər qısa müddətdə biz hamımız bərabər-müxalifət və hökümət ümumi dil tapmağımızdır".

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili prezident administrasiyasında AB prezidentinin iştirakı ilə hökümət və müxalifət arasında baş tutan görüşdən sonra qeyd edib.

Onun sözlərinə görə, görüş konstruktiv mühitdə baş tutub.

"Qeyd edim ki, AB prezidenti Şarl Mişelin təşəbbüsü və təşkilatçılığı ilə hökumət və müxalifət nümayəndələri arasında baş tutan görüş konstruktiv mühitdə keçdi. Biz hökumət və müxalifət arasında mövcud olan məsələləri müzakirə etdik. Təbii ki, bizim müəyyən məsələlərdə prinsipial mövqelətimiz mövcuddur. Mən qarşı tərəfin ünvanladığı bütün suallara cavab verdim.

Biz eləcə də dialoqun davam etməsinə dair razılığa gəldik. Mənim partiyanın siyasi şurası ilə konsultasiyam olacaq və müəyyən addımların atılması ilə əlaqəli qərar verəcəyik. Bu barədə ictimaiyyətə bildiriləcək.

AB prezidentinin müraciəti, tövsiyyəsi və təklifi mümkün qədər qısa müddətdə biz hamımız bərabər-müxalifət və hökumət ümumi dil tapmağımızdır ki, bu da bizim xalqımızın və ölkəmizin maraqlarını qorumağa xidmət edir. Mən bir daha görüşdə qeyd etdim ki, bizi birləşdirəcək milli ideya tapmalıyıq. Bu bizim ölkəmizə lazımdır. Onu da bildirim ki, xalqımızı narahat edən işğal, iqtisadi vəziyyət covid pandemiyadır ki, biz bu problemlərin aradan qaldırılması üçün birləşməliyik. Mən ümid edirəm ki, müxalifət bu cür konstruktiv rejimdə işləməyə davam edəcək və biz dialoqların davam etməsinə hazır olduğumuzu bildiririk "- İrakli Ğaribaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər