02 
Mar
2021
00:05
425

Qriqol Vaşadze: "Əgər Brüsselə getmək lazım gələrsə orada da iştirak etməyə hazırıq"

"Bugünkü iclasda müxalifət AB-nin moderatorluğu ilə danışıqlar prosesini bərpa etməyə hazır olduğunu təsdiqlədi".

InterPress.ge xəbər verir ki, Vaşadze bu barədə Avropa Birliyinin prezidentinin vasitəçiliyi ilə hökümətlə müxalifət arasında baş tutan görüşdən sonra jurnalistlərə bildirib.

"Əgər Brüsselə getmək lazım gələrsə orada da iştirak etməyə hazırıq. Bunun möhtəşəm bir hal olduğunu qeyd edə bilərəm. Ümid edirəm ki ümidverici nəticələrlə sona çatacaq. Bu görüş hər bir mövqeyi tək-tək müzakirə etmək yox, tərəflərin AB-nin vasitəçiliyi ilə danışıqları davam etdirməyə xidmət göstərirdi. Biz hazır olduğumuz bildirdik. Bizim üçün 2 məsələnin mühüm olduğunu vurğuladıq.

Növbədənkənar seçkilərlə əlaqəli mövzu haqda söhbət hələ ki, olmasada onların deyəcək sözləri olacaq çünki bu mövzu danışıqlar zamanı müzakirə ediləcək.

Plebisitə gəldikdə isə bu haqda bugünkü görüşdə danışmadıq. Ümumiyyətlə, bu məsələ müxalifət tərəfindən qaldırılıb. Təəssüflər olsun ki, bu barədə "Gürcü Arzusu" dan etiraz eşitdik. Bu gün fərqli bir vəziyyət, prosesdə iştirakın fərqli bir səviyyəsini görürük və bütün məsuliyyətimizlə qərarlar verməliyik" - dedi Qriqol Vaşadze.

Bununla bərabər o, müxalifət piket və etiraz aksiyalarını davam etdirəcəyini və bunun bu proses nəticə qazanmağın yollarından biri olduğunu vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər