01 
Mar
2021
23:41
436

Şarl Mişel: "Çox önəmli dialoqumuz baş tutdu"

"Çox önəmli dialoqumuz baş tutdu. Əsas ismarıc gürcü xalqının maraqlarını qorumaqdır".

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Birliyinin prezidenti Şarl Mişel hökumət və müxalifət nümayəndələri ilə baş tutan görüşdən sonra qeyd edib.

"Bu ölkədə bir çox çətin və kompleks şəkildə çağırışlar mövcuddur. İqtisadi inkişaf, sosial vəziyyət, Covid-19, təhlükəsizlik, stabillik, bütün bunlar çox önəmli problemlərdir ki, hökmən aşılmalıdır. Buna görə də mövcud siyasi böhran öz həllini tapmalı və mən bu gün çox fəxr edirəm ki, düzgün istiqamətdə önəmli və yaxşı addımlar atıldı. Ancaq bu hər şeyin həll edildiyi anlamına gəlmir. Mən tərəflərə mövcud vəziyyətdən çıxmaq üçün dialoqlara hazır olub-olmadıqlarını soruşduqda onlar mənə " bəli" cavabı verdilər. Bu çox yaxşı və vacib addım idi. Biz bütün pozitiv cəhdlərə dəstək olmağa hazırıq "- dedi Şarl Mişel.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər