01 
Mar
2021
16:36
484

Bakradze: "Avropa Şurasının prezidenti Şarl Mişellə görüş zamanı ölkədəki daxili siyasi vəziyyətə xüsusi diqqət yetiriləcək"

Avropa Şurasının prezidenti Şarl Mişellə görüş zamanı ölkədəki daxili siyasi vəziyyətə xüsusi diqqət yetiriləcək.

Interpress.ge xəbər verir ki, bu haqda Avropalı Gürcüstanın lideri Davit Bakradze qeyd edib. Eyni zamanda, hökumət və müxalifət arasındakı mövcud vəziyyətlə bağlı bəhs edərkən Bakradze, dialoqun nəticəli olacağına ehtiyac olduğunu vurğulayıb.

Bakradzenin fikrincə, hökumət normal siyasi dialoq üçün bir fürsət yaratmalıdır.

“ Gürcüstanın ərazi bütövlüyünə dəstək və Avropa Birliyinə istiqamətilə gələcək planlar kimi məsələləri müzakirə etmək çox vacibdir. Ancaq hamımız yaxşı anlayırıq ki, bu gün ən önəmli mövzu mövcud daxili vəziyyət, hökümətin yaratdığı siyasi böhran və onun çıxış yolları məsələləri olacaq.

Çıxış yollarını tapmaq üçün dialoq lazımdır.Bunu bizim Avropalı dostlarımız deyir. Biz bütün müxalifət bu danışıqlarda iştirak etməyə hazırıq amma, dialoq boş sözlərlə baş tuta bilməz. Bunun üçün dialoqun nəticəli olacağına ehtiyac var. Nəticəli mühiti hökümət siyasi təqib, Nika Melianın həbsi və seçkilərin saxtalaşdırılması ilə itirdi.Buna görə də kompromis üçün hamımız hazır olmalıyıq. Nəticə mühitini hökümətin özü yenidən yaratmalıdır”- D. Bakradze.

AB prezidenti Şarl Mişel müxalifət nümayəndələri ilə Avropa İttifaqı ofisində görüşəcək.

Səfər çərçivəsində Şarl Mişel Orbeliani iqamətgahında Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşüb. Görüş eləcə də baş nazir İrakli Ğaribaşvili ilə də baş tutub. Görüş Parlament sədri Arçil Talakvadze ilə də planlaşdırılıb.

Şarl Mişelin Gürcüstanda səfəri 2 mart tarixində sona çatacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər