01 
Mar
2021
15:13
731

Almaniyada müvəqqəti qanuni iş üçün qeydiyyat davam edir

Gürcüstan vətəndaşlarının Almaniyada müvəqqəti qanuni iş üçün qeydiyyatı fevralın 15-də başlayıb və hələ də davam edir.

InterPress.ge xəbər verir ki, müxtəlif mövsümi məhsulların yığılmasını əhatə edən kənd təsərrüfatı sektorunda mövsümi işlərdə çalışmaq mövcuddur.

Almaniyanın əmək bazarında Gürcüstan vətəndaşları 1 ilə 3 ay müddətinə müvəqqəti qanuni işdə çalışa biləcəklər. Mövsümi işlərə aprel ayında başlanacaq.

İşləməyə gedən vətəndaşlar aşağıdakı sahələrdə çalışa biləcəklər:

- Becərmə

- Bitkilərin əkilməsi

- Bitki yetişdirmək, üzüm budama, torpaq becərmək

- Üzüm məhsullarının yığılması, giləmeyvə yığmaq (çiyələk, malina və s.)

- Meyvə məhsullarının yığılması (alma, armud, gilas, gavalı və s.)

- Tərəvəz məhsullarının yığılması (kələm,turp, xiyar və s.)

- Məhsulun yüklənməsi, düşürülməsi və daşınması

-Dərman bitkilərinin / ot bitkilərinin yığılması

- Məhsulun keyfiyyətinə görə ayrılması və qablaşdırılması

- Anbarda çalışmaq

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər