"Charles Michel ilə çox əhəmiyyətli bir söhbət baş tutdu".
InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu barədə "Twitter" sosial şəbəkəsində yazıb.
Baş nazir görüşdə işğal olunmuş ərazilər və qlobal pandemiya da daxil olmaqla bir sıra məsələlərin müzakirə olunduğunu söyləyib.
“Charles Michel ilə çox əhəmiyyətli bir söhbət baş tutdu. Onun səfəri bölgəmizin AB üçün strateji əhəmiyyətə malik olduğunu açıq şəkildə göstərir. İclasda işğal olunmuş ərazilər və qlobal pandemiya daxil olmaqla bir sıra məsələlər müzakirə edildi. Gürcüstan dəstəyə görə minnətdardır və bu ortaqlığı qiymətləndirir", - deyə İrakli Qaribaşvili yazıb.
