01 
Mar
2021
12:36
264

Avropa Şurasının prezidenti: "Salome Zurabişvili ilə görüşdə siyasi böhranı müzakirə etdik, bütün partiyalar liderlik göstərməli, gərginliyi aradan qaldırmaq üçün səyləri artırmalı və birləşməlidir"

"Salome Zurabişvili ilə görüşdə siyasi böhranı müzakirə etdik, bütün partiyalar liderlik göstərməli, gərginliyi aradan qaldırmaq üçün səyləri artırmalı və birləşməlidir".

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Charles Michel "Twittet"də yazıb.

“Tbilisidə bir daha AB-nin Şərq tərəfdaşlarına bağlılığı, Gürcüstanın suverenliyi və ərazi bütövlüyü barədə danışdım. Salome Zurabişvili ilə birlikdə siyasi böhranı müzakirə etdik: bütün partiyalar liderlik göstərməli, gərginliyi aradan qaldırmaq üçün səyləri artırmalı və birləşməlidir", - deyə Charles Michel yazıb.

Gürcüstanda səfərdə olan Avropa Şurasının prezidenti Charles Michel bu gün rəsmi görüşlər keçirir. Səfər çərçivəsində Charles Michel, Orbeliani Sarayında Gürcüstan Prezidenti Salome Zurabişvili ilə ilk görüş keçirdi. Üzbəüz görüşdən sonra Gürcüstan Prezidenti və Avropa Şurasının sədri mediaya birgə açıqlamalar verdilər.

Bizimlə əlaqə saxlayın