01 
Mar
2021
11:16
340

Zurabişvili: "Bu ölkənin daxili sabitliyə, uzlaşmağa, dialoqa ehtiyacı var"

"Bu ölkənin daxili sabitliyə, uzlaşmağa, dialoqa əvvəllər heç olmadığı kimi ehtiyac var".

InterPress.ge xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili, Avropa Şurasının sədri Charles Michel ilə görüşdən sonra keçirdiyi ortaq brifinqdə bildirib.

Prezidentin sözlərinə görə, görüşdə Gürcüstanda mövcud siyasi vəziyyət ətraflı müzakirə olunub.

"Uzlaşmağa, dialoqa ehtiyacımız var. Bu, Gürcüstanın AB-yə gələn bütün dividentləri alması üçün yeganə yolumuzdur. Bütün bunların bizim əlimizdə olduğunu, cəmiyyətimizin bunu istədiyini zamanında anlamalıyıq. Hər tərəfdən siyasi məsuliyyət o deməkdir ki, cəmiyyət tərəfindən nə tələb olunursa, o yerinə yetirilməli və Gürcüstanı cəmiyyətin tələb etdiyi yola aparmalıdırlar. Çox sağ olun cənab Prezident! Sizin yeriniz və bizim münasibətlərimiz möhkəm və daimidir", - dedi Zurabişvili.

Bizimlə əlaqə saxlayın