Bu gün Vahid Milli İmtahanlar üçün qeydiyyat başladı
Vahid Milli İmtahanlar, tələbələrin qrant müsabiqəsi, ümumi magistr imtahanları, baş müəllim imtahanı, eləcə də müəllimlərin fənn imtahanı və fənn və peşə səlahiyyətini təsdiq etmək üçün qeydiyyat 1 mart saat 10: 00 - dan başladı və 31 mart saat 18 : 00 – dək davam edəcək.
InterPress.ge xəbər verir ki, qeydiyyatdan keçmək yalnız elektron şəkildə qiymətləndirmə və milli imtahanlar mərkəzinin online.naec.ge saytında mümkündür
İmtahanlarda iştirak etmək istəyənlər müvafiq bölməni seçməlidirlər. Abituriyentlərin qeydiyyat prosesi bu il də bir neçə mərhələdə keçiriləcək. Belə ki, qeydiyyatın ilkin mərhələsində abituriyentlər qeydiyyat bölməsində şəxsi məlumatlarını, imtahanı verəcəyi şəhəri, fənnləri qeyd etməlidir. Fənni dəyişmək və ya fənn əlavə etmək, eləcə də imtahanın veriləcəyi dili dəyişmək 15 aprel saat 18: 00- dək mümkün olacaq.
Qeyd edək ki, mərkəz yalnız öz rəsmi veb səhifəsinə www.naec.ge saytına cavabdehdir. Mərkəz abituriyentləri başqa məlumatlara etibar etməməyə çağırır.


