Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açıb

931
Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açıb
Dinləmək üçün basın

Bu gündən Gürcüstanın hava məkanı Azərbaycandan birbaşa uçuşlar üçün açılıb.

Bu gündən Gürcüstanın hava məkanı Azərbaycandan birbaşa uçuşlar üçün açılıb.

InterPress.ge xəbər verir ki, Gürcüstana təyyarə ilə yollanacaq Azərbaycan vətəndaşlarından 72 saatdan gec olmayaraq edilən PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb olunacaq.

Bu qayda Gürcüstan ərazisindən tranzit keçidi kimi istifadə edəcək vətəndaşlara da şamil olunacaq.

Gürcüstanda qalacaq Azərbaycan vətəndaşları 3 gündən sonra öz hesablarına PCR testindən keçməli olacaqlar.

Hazırkı mərhələdə Gürcüstan hökuməti quru sərhədlər vasitəsilə sərbəst gediş-gəlişə tətbiq etdiyi məhdudiyyətləri qüvvədə saxlayır. Gürcüstana quru sərhədlərdən koronavirusa qarşı vaksinasiyanın hər iki mərhələsindən keçən istənilən ölkənin vətəndaşları daxil ola bilərlər.

Qeyd edək ki, yaxın günlərdə Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi- Bakı istiqaməti üzrə müntəzəm aviareyslərin bərpa olunacağı gözlənilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →