28 
Fev
2021
16:40
1217

Saakaşvili: "Qərarlarımı gələn həftə elan edəcəyəm"

"Gürcüstanda iqtidar komandasının başqa alternativi olmadığı üçün hökumət bütün siyasi məhbusları azad etməli və növbədənkənar seçkilər təyin etməli olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Saakaşvili "Mtavari Arxi" kanalına müsahibəsində bildirib.

Saakaşvili, ölkədə gedən siyasi proseslərə cavab verərək gələcək planlarını gələn həftə açıqlayacağını söyləyib.

“Nika Melia, eləcə də Rurua və digər siyasi məhbuslar mütləq azad edilməlidir. Məsələn, Mixeil Baturini, hansı ki, yalnızca Saakaşvili ilə əlaqəsinin ola biləcəyinə dair şübhə ilə həbs edilib. Mütləq növbədənkənar seçki keçirməli olacaqlar, başqa alternativ yoxdur.

Qərarlarımı gələn həftə elan edəcəyəm. Qələbəmiz üçün planımı və görüşümü açıqlayacağam", - dedi Mixeil Saakaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər