21 
Mar
2020
18:55
3675

Gürcüstanda bunlar qadağan edilir - Siyahı

Gürcüstanda fövqəladə vəziyyət zamanı tətbiq ediləcək məhdudiyyətlərin siyahısı açıqlanıb.

InterPress.ge xəbər verir ki, fövqəladə hal zamanı ölkənin bütün sərhədlərindən yüklərdən başqa nəyinsə keçirilməsi qadağan ediləcək.

Bundan başqa 10 nəfərdən artıq şəxsin bir yerə toplanması (həmçinin mağazalarda toplanması) qadağan edilir, ictimai xidmətlər yeni iş rejiminə keçir, hökumət mülkiyyət hüququnu məhdudlaşdırmaq haqqı əldə edir, özəl şəxslərin əmlakından tibbi məqsədlər və ya karantin üçün istifadə haqqına sahiblənir, ehtiyac yaranacağı təqdirdə hökumət tibbi məhsullar və xidmətlərin qiymətlərini tənzimləyir.

Yeni qərara əsasən, ölkədə məhkəmə iclasları məsafədə həyata keçiriləcək.

Qaydaları pozan fiziki şəxslər 3000, hüquqi şəxslər isə, 15 min lari ilə cərimələnəcəklər. Təkrar pozuntuda isə, üç ilə qədər həbs cəzası veriləcək.

Qeyd edək ki, ölkəmizdə fövqəladə rejim martın 21-dən aprelin 21-dək davam edəcək.

Bizimlə əlaqə saxlayın