27 
Fev
2021
23:23
584

"Milli Hərəkat" partiyasının üzvü 2 mart tarixində keçiriləcək aksiya ilə bağlı açıqlama verdi

“Bugünkü iclasın əsas hissəsi parlament binası qarşısında keçiriləcək 2 mart etiraz tədbirinin planlaşdırılmasına həsr edildi”.

InterPress.ge xəbər verir ki, bu haqda müxalifətin toplantısından sonra "Milli Hərəkat" üzvü Tina Bokuçava deyib.

Onun sözlərinə görə, “mitinq iştirakçıları deputatların hərəkət azadlığını məhdudlaşdırılmayacaq".

“İclasda əsasən 2-ci günü keçiriləcək etiraz aksiyasını müzakirə etdik, hansı ki, Gürcüstan parlamenti yaxınlığında keçiriləcək.
Aksiyanın keçirilmə səbəbi deputatların hərəkətinə mane yaratmaq deyil.
Onlar dinc etirazımız qarşısında bahalı maşınlarından düşmək məcburiyyətində qalacaqlar, çünki etirazımızı dinc bir şəkildə magistral yolda bildirəcəyik.

Sonra məhkəmə binası, polis binası və hökumət administrasiyası qarşısında da mitinqlər olacaq. Lakin bugünkü iclasın böyük bir hissəsi növbəti mitinqin, yəni 2-ci günü mitinqinin planlaşdırılmasına həsr edildi"- dedi Bokuçava.

Bizimlə əlaqə saxlayın