27 
Fev
2021
17:56
359

Qamğrelidze: "İndi eniş dalğasındayıq, yəni ölkədə epidemiya vəziyyəti sabitləşir"

"Mart və aprel aylarını indiki qədər diqqətlə keçsək, üçüncü dalğanın olma ehtimalı daha azdır".

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamğrelidze məlumat verib.

Onun qeyd etdiyinə görə, ölkədə epidemiya vəziyyəti sabitləşir.

"Britaniya ştammı"nın bizdə də daha çox yayılması mümkündür, daha sürətli yayılması ilə xarakterizə olunur, gənc insanlara ziyan vurur, amma ciddi deyil. Ancaq indi eniş dalğasındayıq, yəni ölkədə epidemiya vəziyyəti sabitləşir. Əgər böyük bir səhv etməyəcəyiksə, maskanı atmayacağıqsa, belə davam edəcək. Yenidən böyük toy və məclislərə başlasaq, infeksiya yayılacaq və fərqli mutasiyaya uğramış stammların olması mümkündür, buna görə təbii ki bunun ehtimalı var. Ancaq iki ay - mart və aprel ayları çox təhlükəlidir. Diqqətli olmalıyıq. Havalar istiləşəndən sonra, ​​daha az gözlənilir”, - dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın