27 
Fev
2021
17:23
694

Amiran Qamğrelidze Gürcüstanda peyvəndləmənin nə vaxt başlayacağını açıqladı

"Astrazeneca" peyvəndinin "Pfizer" peyvəndindən əvvəl Gürcüstana gətirilməsi gözlənilir".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamğrelidze deyib.

Qamğrelidzenin verdiyi məlumata görə, Gürcüstanda peyvəndləmə prosesi mart ayında "mütləq başlayacaq".

"Mart ayında uyğun dozaların olacağı barədə danışıqlar nöqtəsinə gəldik. Çox güman ki, "Astrazeneca" "Pfizer"i ötəcək, amma gələn həftə "Pfizer" ilə telekonfrans keçirəcəyik və son qərarı biləcəyik. "Astrazeneca"nın bəzi dozaları böyük ehtimalla daha erkən gətiriləcək və Mart ayında ölkədə Milli Peyvəndləmə Planında nəzərdə tutulan sxemə görə peyvəndləmə başlayacaq. Bir çox şirkətlə danışıqlar aparılır və Dünya Səhiyyə Təşkilatının müxtəlif vaksinlərin tanınmasını təsdiqləyən xüsusi siyahısını da izləyirik. Eyni zamanda, "Kovacs" dan başqa 4-5 istehsalçı ilə əlavə dozalar mövzusunda da aktiv işlər aparılır”, - dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər