Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Vaşinqtonda Ermənistan səfirliyinin qarşısında “Xocalıya ədalət” tələb edilib

431
Vaşinqtonda Ermənistan səfirliyinin qarşısında “Xocalıya ədalət” tələb edilib
Dinləmək üçün basın

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində “Xocalıya ədalət” (Justice for Khojaly) mitinqi keçirilib.

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində “Xocalıya ədalət” (Justice for Khojaly) mitinqi keçirilib.

InterPress.ge xəbər verir ki, Ermənistanın ABŞ paytaxtındakı səfirliyinin binası qarşısında Xocalı soyqırımının 29-ci ildönümü ilə əlaqədar toplaşan soydaşlarımız faciənin günahkarlarının cəzalandırılması, bu soyqırıma beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymətin verilməsini tələb ediblər.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə keçirilən aksiyada Birləşmiş Ştatların bir çox şəhərlərində yaşayan diaspor fəalları və türk icmasının aktivləri iştirak ediblər.

Əllərində Azərbaycan bayraqları tutan nümayişçilər ermənilərin Xocalıda törətdiyi soyqırım haqqında tarixi faktlar səsləndirib, ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən mülki insanların fotolarını nümayiş etdiriblər.

Həmyerlilərimiz Xocalı soyqırımını törədənlərin dünya ictimaiyyəti tərəfindən tanınmasını və cinayətkarların beynəlxalq məhkəmə qarşısında cavab verməsini tələb ediblər, ABŞ ictimaiyyətinin Xocalı soyqırımı haqqında məlumatlanması üçün yerli medianın diqqətini çəkməyə çalışıblar.

Aksiyada ABŞ-da yaşayan aktiv diasporun üzvləri Elman Kərimov, Fərhad Anaroğlu, Zaur Bayramlı, Bədir Məmmədli çıxış edib, ermənilərin Xocalıda törətdiyi cinayətə dair tarixi faktlar səsləndiriblər.

Aksiyada ermənilər təxribat törətməyə çalışsalar da həmvətənlərimiz onlara məhəl qoymayıb. Aksiyanın sonunda Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi hər il Xocalı soyqırımı ilə bağlı Ermənistanın ABŞ paytaxtındakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →