27 
Fev
2021
09:26
537

“Teleqram” zərərlə işləyir

“Teleqram” sosial şəbəkəsinin sahibi “Teleqram Group Inc” şirkəti infrastrukturun yaxşılaşdırılması və yeni istifadəçilərin cəlb edilməsi üçün bir milyard dollar borc almaq barədə qərar qəbul edib.

InterPress.ge xəbər verir ki, bu barədə “VTimes” nəşri məlumat yayıb.

Qeyd olunub ki, “Teleqram” davamlı olaraq vəsait itirir və istiqraz buraxmadan təcili borcları ödəyə bilməyəcək. Nəşrə görə, şirkət bu il aprel ayının sonuna qədər sərmayəçilərə 600 milyon ABŞ dollarından çox vəsait geri qaytarmalıdır.

Bunu etmək üçün məhdud sərmayəçilər dairəsi arasında istiqrazların yerləşdirilməsi yolu ilə 1 milyard ABŞ dolları qazanmaq niyyətindədir. Lakin şirkətin qrupu rəhbərliyə tətbiqetmədən pul qazanmaq üçün bir sıra layihələr vəd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər