Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirilib

1,338
Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirilib
Dinləmək üçün basın

Gürcüstanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Gürcüstanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

InterPress.ge xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən bildirilib.

Bayraq Gürcüstanın sovet işğalının 100-cü ildönümü ilə bağlı endirilib.

“Qırmızı orduya qarşı qeyri-bərabər döyüşlərdə Gürcüstanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edirik”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib. Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i ölkədə Sovet işğalı günü elan olunub.

Bu gün Gürcüstanın bütün dövlət qurumlarında dövlət bayraqları endirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →