Qamğrelidze: "Peyvənd bu gün müxtəlif ölkələrin əlində çox güclü bir vasitə halına gəldi və bu böyük bir haqsızlıqdır"
"Peyvənd bu gün müxtəlif ölkələrin əlində çox güclü bir vasitə halına gəldi və bu böyük bir haqsızlıqdır".
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.
O, təəssüf ki, koronavirus peyvəndinin beynəlxalq mexanizmlərə uyğun paylanmadığını söyləyib.
"Yeddiliyin görüşü, Münhen Təhlükəsizlik Konfransı, Yanvarda Davos İqtisadi Forumu kimi son iki-üç həftədəki ən böyük yığıncaqlara nəzər yetirsəniz, peyvənd bir nömrəli məsələyə çevrilib və ən əsas məsələ haqsız paylanmasındadır. Yəni bu gün peyvəndlər əsasən zəngin ölkələlərə verilir və geniş əhatə dairəsinə malikdir, orta və aşağı inkişaf dərəcəsinə malik ölkələr üçün isə təəssüf ki, bu beynəlxalq mexanizmlər vasitəsilə baş vermir. Bu səbəbdən də böyük yeddiliyin ilk şəxslərindən yenidən bölüşdürmə mexanizminin işlənib hazırlanması üçün bir çağırış gəldi”, - dedi Amiran Qamğrelidze.
Eyni zamanda, Qamğrelidzenin dediyinə görə, Koordinasiya Şurasına ölkədə peyvənd prosesinin sürətləndirilməsi üçün bir neçə tövsiyə verildi.
“Bu gün ölkədə peyvənd prosesinin sürətləndirilməsi, o cümlədən peyvəndlərin müxtəlif kanallarla gətirilməsi üçün bəzi tövsiyələr verdik, hansı ki, bu il hədəfimizə çatmaq üçün ölkə, hökumət, müxtəlif nazirliklər və müvafiq olaraq Xəstəliklərə Nəzarət Mərkəzi tərəfindən üzərində işlənməlidir. Hədəfimiz - yetkin əhalinin 60%- nin aşılanmasıdır", - dedi Qamğrelidze.


