20 
Mar
2020
23:58
6080

Marneulidə bədbəxt hadisə - azərbaycanlı gənc evində ölü tapıldı

Marneulidə Azərbaycan vətəndaşı yaşadığı evdə ölü tapılıb.

InterPress.ge xəbər verir ki, hadisə Marneulinin Qiorqadze küçəsində yerləşən binalardan birində baş verib. Onun dəm qazından boğularaq öldüyü ehdimal olunur

Qonşuların InterPress.ge-yə verdiyi məlumata görə, 24 yaşlı gənc binada kirayə qalırmış, gəncin 2 gün bundan qabağ öldüyü ehdimal olunur.

Bildirilir ki, ev sahibi şübhələnib daha sonra o, polisə zəng edib, hadisə yerinə polis və yanğın söndürənlər gəlib, qapını sındırıb içəri daxil olduğdan sonra oğlanın cansız bədənini aşkar ediblər.

Ölən gənc Azərbaycanın Akstafa şəhərindən Marneuliyə işləməyə gəlibmiş. Sakinlərin bildirdiyinə görə, vasmoy bazarı deyilən yerdə işləyirmiş. Gənc evdə tək qalırmış, ailəsi Azərbaycanda yaşayır.

Hazırda polis hadisə yerində araşdırma aparır.

Bizimlə əlaqə saxlayın