24 
Fev
2021
14:52
1272

Baş nazir açıqladı - Bu tarixdən bütün restoranlar fəaliyyətini bərpa edir

Gürcüstanın hər yerində restoranların işi mart ayının əvvəlindən tam bərpa ediləcəkdir.

InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bunu Koronavirusla bağlı qurumlararası Koordinasiya Şurasının iclasından sonra bəyan edib.

Qaribaşvilinin qeyd etdiyinə görə, Batumidə restoranlar martın 1-dən, martın 8-dən isə Gürcüstanın qalan hissəsində açılacaqdır.

“Restoranlar həftəsonları xaricində qapalı işlərini davam etdirəcək, Batumidə 1 martdan, Gürcüstanın qalan hissəsində isə 8 martdan etibarən restoranların fəaliyyəti bərpa ediləcək. Bağlı yerlərdə olan restoranlar müəyyən edilmiş tövsiyələrə və standartlara riayət etməlidirlər, hansı ki, müvafiq qurumlar tərəfindən ciddi şəkildə nəzarət ediləcək. "Konfrans və təlimlər müvafiq protokola uyğun olaraq 1 mart tarixindən etibarən davam etdiriləcək" - dedi Qaribaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər