Muzeylər və kitabxanalar martın 1-dən fəaliyyətini bərpa edəcək
"Muzeylər və kitabxanalar fəaliyyətlərini martın 1-dən davam etdirəcəklər".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Naziri Mixeil Çxenkeli Koordinasiya Şurasının iclasından sonra bildirdi.
Mixeil Çxenkelinin qeyd etdiyinə görə, muzeylər və kitabxanalar tibbi protokola tam uyğun olaraq fəaliyyətlərini bərpa edəcəklər.
“Teatrlara, idman klublarına, peşəkar ansambllara gəldikdə, proses iki mərhələyə bölünür. Məşq prosesi və məşqləri əhatə edən ilk mərhələ. Bu proses 15 martda başlayacaq, ancaq teatr tamaşaları, idman yarışları, tamaşaçıların qatıldığı konsertləri əhatə edən fəaliyyətlərin tam bərpası, 1 aprel tarixindən başlayacaq. Bir daha ictimaiyyətdən xahiş etmək istəyirəm ki, bu planı həyata keçirməyimiz üçün hər bir vətəndaşın tibbi protokola ciddi şəkildə əməl etməsi son dərəcə vacibdir", - dedi Çxenkeli.


