24 
Fev
2021
12:31
406

Tbilisidə Xocalı faciəsinə həsr olunan fləşmob keçirilib

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı fləşmob təşkil olunub.

InterPress.ge xəbər verir ki, şəhərin Rike parkında keçirilən aksiyada "Xocalıya ədalət" yazılı köynəklərdə olan 20-yə yaxın azərbaycanlı və gürcü uşaq Sülh körpüsünün üzərindən havaya 100 ədəd ağ şar buraxıblar.

Aksiyanın əsas çağırışı “Gələcək sülh istəyir” olub. Fləşmobun digər simvolik mənası Xocalı qətliamının günahsız qurbanlarının narahat ruhlarının Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük zəfərdən sonra rahatlıq tapmasından ibarətdir.

Simvolik aksiya Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə baş tutub.

Bizimlə əlaqə saxlayın