24 
Fev
2021
12:27
320

Serqo Çixladze: "Səfirlərə təşəkkür edirəm ki, onlar da mövcud vəziyyətdən çıxış yolu axtarırlar"

"Səfirlərə təşəkkür edirəm ki, onlar da mövcud vəziyyətdən çıxış yolu axtarırlar".

InterPress.ge xəbər verir ki, "Strategiya Ağmaşenebeli"nin üzvü Serqo Çixladze müxalifət təmsilçilərinin vasitəçilərlə görüşməsi barədə açıqlama verib.

Çixladze səfirlərin "Gürcü Arzusu" nümayəndələri ilə söhbət etdikdən sonra müxalifətlə görüşəcəklərini söyləyib.

“Səfirlər ilə görüşdə hər hansı bir növ qərar verilmədi. Sadəcə son günlərin vəziyyətini səfirlərə bir daha izah etdik. Çox narahatdırlar və mən də bu vəziyyətdən çıxış yolu axtardıqlarına görə onlara təşəkkür etmək istəyirəm. "Gürcü Arzusu"nun görüş addımı atacağı təqdirdə, hələ də danışıqlara hazır olduğumuzu təsdiqlədik. Hazırlığımızı böyük razılıqla qarşıladılar və bu səbəbdən sıra yenə "Gürcü Arzusu"ndadır. Səfirlər ilə görüşlər davam edəcəkdir. "Gürcü Arzusu" ilə danışıq başa çatandan sonra yəqin ki, yenidən bizimlər görüş baş tutacaq", - dedi Çixladze.

Bizimlə əlaqə saxlayın