Tbilisidə, Vake rayonunda, Çavçavadze prospektində yol qəzası baş verib.
InterPress.ge xəbər verir ki, avtomobil və avtobus bir-biri ilə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, iş üzrə istintaq İnzibati Xətalar Məcəlləsi ilə başlanıb.
